`Qarabağ` 10 günlük səfərə yollanır
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5455.jpg)
23 Noy 2011
`Qarabağ` 10 günlük səfərə yollanır
`Qarabağ`ımız Ağdama yollanır. Noyabrın 26-sı `Neftçi`ni qəbul edəcək komandamız paytaxtdan uzun müddət ayrı düşəcək. Sabah Suraxanı qəsəbə stadionunda məşq etdikdən sonra komandamız Quzanlıya yollanacaq və Bakıya 10 gün sonra dönəcək. Həftəsonu turundan sonra komandamız Noyabrın 30-da Azərbaycan kubokunun 1/8 finalında `Sumqayıt-Şəhər`i Ağdamda qəbul edəcək. Dekabrın 4-ündə Tovuzda `Turan`la XV turun oyununa çıxacaq komanda Bakıya qayıtmayacaq və Gəncəyə hərəkət edəcək. 2 gün Azərbaycanın 2-ci şəhərində məskunlaşacaq komandamız oyun günü Tovuza hərəkət edəcək. Belədə Noyabrın 24-ü Bakını tərk edəcək komandamız bir də Dekabrın 4-ü axşam paytaxta dönəcək.