`Qarabağ` 11 futbolçu ilə...

single-news
10 Avq 2010

`Qarabağ` 11 futbolçu ilə...



`Qarabağ`ımız premyerliqanın startında baş tutmuş `Neftçi` ilə oyundan sonra hazırlıqlara yenidən başlayıb. Amma komandamız `Borussiya` ilə oyunlar tam heyətlə hazırlaşa bilmir. Belə ki, komandamızdan Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadiqov, Rəşad Sadıqov, Samir Abasov, Elvin Məmmədov, Rauf Əliyev millinin Küveytlə keçirəcəyi oyuna dəvət olunub. Ansi Aqoli Albaniyanın, Andrey Rubins isə Latviya millisinin düşərgəsindədir. Qara Qarayev, Osman Umarov, Tural İsgəndərov isə U-21-lə Almaniyaya təlim-məşq toplanışına yollanıblar. Əfran İsmayılov isə məlum səbəblərdən hazırlıqdan ayrı düşüb.
Belə də düşərgədə cəmi 11 futbolçu qalıb. Komandamız günün tək çalışmasını Suraxanı qəsəbə stadionunda edib.

Paylaş

// pop up