"Qarabağ" 1/4 finala yüksəlib
12 May 2021
"Qarabağ" 1/4 finala yüksəlib
"Qarabağ" AFFA-nın təşkil etdiyi U-17 Kubokunda 1/4 finala yüksəlib.
Komandamız 1/8 finalda "Neftçi" İK İB ilə qarşılaşıb. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn komandamız cavab görüşündə də qələbə qazanıb - 2:0.
İki oyunun nəticəsinə əsasən 1/4 finala yüksələn U-17 komandamız bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.
