“Qarabağ” 1/4 finalda
“Qarabağ” 1/4 finalda
“Qarabağ” – MOİK – 1:0
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
21 dekabr 2023. Saat 14:00. Xankəndi şəhər stadionu. 4590 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Taleh Məmmədov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramovb
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqə: Zeynal Əhmədzadə, 82 (oyunun bərpasının ləngidilməsi)
Qol: Nəriman Axundzadə, 90+5
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun 2023/24 mövsümünə 1/8 finaldan başlayıb. Qurban Qurbanovun yetirmələri bu mərhələdə MOİK-lə qarşılaşıb.
Görüş Xankəndi şəhər stadionunda keçirilib. Müstəqillik tarixində ilk dəfə bu arenada rəsmi oyun təşkil olunub. 30 ildən artıq müddətdən sonra işğaldan azad olunmuş torpaqlarda keçirilən ilk futbol matçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Dövlət başçısı çıxış edib, ardınca Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra qarşılaşmaya start verilib.
Tarixi oyun qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratsa da, hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. İlk yarının gedişində təşəbbüsü ələ keçirən “Qarabağ” üstünlüyə sahib olub. Amma futbolçularımız MOİK-in qapısına yol tapmaqda çətinlik çəkiblər.
İkinci hissə də eyni ssenari ilə davam edib. Komandamız üstünlüyə malik olsa da, qol imkanlarından yararlanmaqda çətinlik çəkib. Matçın taleyi uzatma dəqiqələrində həll olunub. Rahil Məmmədovun cinah ötürməsindən sonra Nəriman Axundzadə qələbə qoluna imza atıb – 1:0. Bu qol “Qarabağ”a 1:0 hesablı qələbə və 1/4 finala vəsiqə qazandırıb.
Qeyd edək ki, komandamız 1/4 finalda “Sabah”la görüşəcək. Bu mərhələnin matçları 2024-cü il yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.
“Qarabağ”
23. Luka Quqeşaşvili
20. Riçard Almeyda
(66. Patrik Andrade, 38)
4. Rahil Məmmədov
13. Bəhlul Mustafazadə (k)
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 65)
90. Nəriman Axundzadə
17. Hamidu Keyta
(7. Yassin Benzia, 80)
8. Marko Yankoviç
18. Olavio Juninyo
2. Mateus Silva
(15. Leandro Andrade, 80)
19. Redon Cica
(10. Abdullah Zubir, 65)
Ehtiyat oyunçular:
99. Andrey Lunyov
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
29. Marko Veşoviç
11. Adama Diakabi
6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov
MOİK
1. Zeynal Əhmədzadə
17. Sabir Allahquliyev
(9. Cavidan Abbaszadə, 70)
6. İsa Zeynallı (k)
(44. Samir İbrahimov, 70)
3. Nicat Əskərov
(38. Həsrət Mürsəlov, 87)
4. Ülvi İbazadə
97. Fərid Abbaslı
77. Elmir Rəhimzadə
(26. Elşən Veysov, 46)
8. Ramil Orucov
(33. Raul Musayev, 90+2)
10. Xəyal Bədirov
20. Nurlan Bayramov
11. Elvin Valiiev
Ehtiyat oyunçular:
35. Məhəmməd Qurbanov
12. Ayxan Qocayev
66. Elçin Bayramov
27. Nihad Ağayev
30. Murad Musayev
Baş məşqçi: Qəzənfər Abbasov