“Qarabağ” 1/4 finalda

19 Mar 2024
“Qarabağ” 1/4 finalda
Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində qrup mərhələsinə yekun vurulub. “Qarabağ”ın U-14 komandası ikinci oyun günündə iki matça çıxıb.
Asif Əlizadənin baş məşqçisi olduğu komandamız Rusiya təmsilçisi “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca ” Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.
İlk turda Rusiyanın “Lavina” klubuna 6:0 hesabı ilə qalib gələn U-14 6 xalla C qrupunda 2-ci yeri tutub. Komandamız bu nəticə ilə 1/4 finala adlayıb. Sabah baş tutacaq mərhələdə “Qarabağ” “Baltika” ilə üz-üzə gələcək.