“Qarabağ” 1/4 finalda

single-news
3 Dek 2025

“Qarabağ” 1/4 finalda



“Qarabağ” – “Karvan-Yevlax” – 3:0

Nəriman Axundzadə, 80, 89, Elvin Yunuszadə, 83 (öz qapısına)

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Bizon Azərbaycan kubokunun 2025/26 mövsümündə mübarizəyə başlayıb.

 

Yarışa 1/8 finaldan start verən komandamız “Karvan-Yevlax”la görüşüb. Qarşılaşma “Azersun Arena”da baş tutub.

 

Komandamız görüşə aşağıdakı start “11-liy”i ilə çıxıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 17. Kamilo Duran.

 

Matç komandamızın üstünlüyü ilə keçib. Ardıcıl hücumlar quran “Qarabağ” fasiləyədək rəqib qapısına yol tapa bilməyib.

 

Görüşün taleyi ikinci hissədə həll olunub. Komandamızın hücumları matçın sonlarında bəhrəsini verib. Nəriman Axundzadə 80-ci dəqiqədə qonaqların qapısına yol tapıb.

 

Az keçməmiş “Qarabağ” fərqi artırıb. Komandamızın hücumu rəqibin avtoqolu ilə nəticələnib. Son dəqiqələrdə isə Nəriman dublunu rəsmiləşdirib – 3:0. Bununla da komandamıza 1/4 finala vəsiqəni böyükhesablı qələbə ilə qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Şamaxı” ilə qarşılaşacaq. 2026-cı ildə baş tutacaq mərhələnin ilk oyunları fevralın 3-4-də, cavab görüşləri martın 3-4-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək.

Paylaş

// pop up