"QARABAĞ" 1/4 FİNALDA ! ! !

single-news
19 Noy 2005

"QARABAĞ" 1/4 FİNALDA ! ! !



Matç başlamamışdan Azərbaycan futbol veteranı Hafiz Namazovun vəfatı ilə əlaqədar onun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi... Matç sakit məcrada başladı. Bu səbəbdən ilk qol vəziyyəti yalnız 9-cu dəqiqədə yarandı. Lakin Blazenko Bekavaçın zərbəsini qapıçı tuta bildi. Az sonra Denis Sokolovskinin cərimə zərbəsindən zərbəsini də qapıçı dəf edə bildi. 16-cı dəqiqədə isə "Qarabağ" istəyinə çatdı. Aslanın ötürməsindən sonra Samir Musayevin mükəmməl zərbəsi qapı dirəyindən döndü. Özünü yetirən Denis topu boş tora göndərdi- 1:0. Bundan sonra "Qarabağ" ikinci qol üçün irəli atılsa da, Aslan Kərimovun, S.Kravçenkonun, Müşviq Hüseynovun zərbələri qapıdan keçmirdi. 42-ci dəqiqədə isə qapıçının səhvindən sonra S.Kravçenko topu boş qapıya göndərə bilmədi. İkinci hissədə 1:0 hesabının "sürüşkən"olduğunu anlayan "Qarabağ" futbolçuları irəli atıldı və elə ilk hücumdaca qol vurmaq üçün əla şans qazandılar. Lakin Müşviqə qarşı cərimə meydançasında edilən kobudluğa hakim göz yumdu. Azərin zərbəsini isə qapıçı tuta bildi. Az sonra Engin Özmənin uzun drimlinqdən sonra zərbəsini də qapıçı qaytara bildi. Lakin matçın 53-cü dəqiqəsində Kravçenkonun gözəl ötürməsindən sonra Samir Musayev topu uzaq küncə göndərərək qapıçıya heç bir şans vermədi- 2:0. Kubok oyunu olduğuna görə bir qədər rahat oyun göstərən "Qarabağ"lılar bunun cəzasını çəkdilər. sürətli əks hücum yaradan Lənkəranlılar hesab arasındakı fərqi azaltdılar- 2:1. Buna baxmayaraq, "Qarabağ" matç sonluğunu bütünlüklə rəqib qapısı önündə keçirdərək layiq olduğu qələbəni qazandı və adını 1/4 finala yazdı.Burada rəqibimiz "Bakı"dır. MATÇDAN FOTOGÖRÜNTÜLƏRƏ "FOTOQALEREYA" BÖLMƏSİNDƏN BAXA BİLƏRSİNİZ.

Paylaş