"QARABAĞ" 1/8 FİNALDA ! ! !

single-news
17 Okt 2006

"QARABAĞ" 1/8 FİNALDA ! ! !



"Qarabağ" 4 - 0 "MOİK" Oyun başalanan kimi hesab açıla bilərdi. Lakin Müşviqin ötürməsindən sonra Hakanın qapıçı ilə dueldən zərbəsi qapı tirinə tuşlandı. 7-ci dəqiqədə eyni mövqedən Kənan topu qapıçının üstünə vurdu . 1 dəqiqə sonra Aslanın ötürməsini Kənan, qayıdan topa isə İraklinin zərbəsini qapıçı dəf edə bildi. 10-cu dəqiqədə Hakanın gözəl geri ötürməsini Vasif qapı tirinin üstündən vurdu... Dəqiqələr keçdikcə komandamız hücumlarının kəsərini daha da artırır, rəqib isə kortəbii olaraq müdafiə olunurdu. Lakin qapı qarşınında yaradılmış epizodlardan ilk hissədə yararlanmaq mümkün olmadı. İkinci hissənin 10-cu dəqiqəsində Baş Məşqçimiz Böyükağa Ağayev meydana Samir musayevi buraxdı. Məhz onun mendana çıxması ilə "Qarabağ" qolları sıralamağa başladı. 60-cı dəqiqədə Müşviq Hüseynov hesabı açdı. 77 və 88-ci dəqiqədə isə Samir Musayev hesabı 3:0 etdi. Matçın son dəqiqəsində isə Kənan Kərimov da adını tabloya yazdırdı. 4:0 və "Qarabağ" 1/8 finala çıxdı. Rəqib isə "Neftçi" komandası olacaq...

Paylaş