`Qarabağ` 19:15-də, `Borussiya` 20:30-da...
25 Avq 2010
`Qarabağ` 19:15-də, `Borussiya` 20:30-da...
`Qarabağ` - `Borussiya oyununa 1 gün qaldı. Avropa Liqasının pley-off mərhələsində qarşı-qarşıya gələcək komandalar bu gün sonuncu məşqinə çıxacaq. Bu gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda ilk olaraq məşqə `Qarabağ`ımız çıxacaq. Komandamız 19:30-da oyunqabağı 1 saatlıq məşqini keçəcək. 19:15-də isə baş məşqçimiz Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Dortmund klubunun məşqi isə 21:00-a nəzərdə tutulub. 20:30-da isə `Borussiya`nın çalışdırıcısı Yurgen Klopp media mənsublarının önünə çıxacaq.
Dortmund klubunun məşqi isə 21:00-a nəzərdə tutulub. 20:30-da isə `Borussiya`nın çalışdırıcısı Yurgen Klopp media mənsublarının önünə çıxacaq.