`Qarabağ` 19:15, `Streymur` 20:45

single-news
19 İyl 2011

`Qarabağ` 19:15, `Streymur` 20:45



Avroliqanın II mərhələsində baş tutacaq `Qarabağ` - `Streymur` matçöncəsi proqram dəqiqləşib. İyulun 21-də baş tutacaq cavab görüşü öncəsi ilk olaraq komandamız məşqə çıxacaq. `Qarabağ`ımız matçöncəsi sonuncu məşqini sabah 19:30-da keçəcək. Ona qədər isə komandamızın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandamızın çalışdırıcısı 19:15-də KİV-i maraqlandıran suallara cavab verəcək. Farer adalarının təmsilçisi isə oyunun başlama saatında – 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu məşqinə çıxacaq. `Streymur`un baş məşqçisi Hedin Askam 20:45-də Media mənsublarının suallarını cavablandıracaq.

Paylaş

// pop up