`Qarabağ` 19:45, `Banqa` 20:45
5 İyl 2011
`Qarabağ` 19:45, `Banqa` 20:45
Avropa Liqasının 1-ci mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` - `Banqa` matçı üçün oyunöncəsi proqram müəyyənləşib. İyulun 7-sində `Qarabağ`ımız oyunöncəsi son məşqinə 20:00-da çıxacaq. 1 saatlıq çalışma media üçün açıq olacaq. Məşqdən 15 dəqiqə əvvəl konkret olaraq 19:45-də isə komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı keçiriləcək.
`Qarabağ`ımızın rəqibi Litva klubunun baş məşqçisi Arminas Narbekovas isə 20:45-də media mənsublarının önünə çıxıb suallara çavab verəcək. 21:00-da isə `Banqa`nın məşqi baş tutacaq.
Mətbuat konfransları oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.