`Qarabağ` 2-0 `SV Wacker Burghausen`

`Qarabağ` 2-0 `SV Wacker Burghausen`
Bu gün `Qarabağ`ımız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.Bu dəfə rəqib Almaniyanın regional liqa təmsilçilərindən olan `SV Wacker Burghausen`dir.Saat 20:00-dan etibarən `Qarabağ` - `SV Wacker Burghausen` qarşılaşması saytımız və rəsmi Facebook səhifəmiz (https://www.fb.com/FKQarabagh) vasitəsi ilə canlı şərh ediləcək.
`Qarabağ`ın ilk 11-liyi artıq bəllidir.Qurban Qurbanov bu dəfə gənc oyunçulara daha çox üstünlük verib.
Fərhad Vəliyev,Hacı Əhmədov,Tərlan Quliyev,Bilal Abbaszadə,Toğrul Bilallı,Muarem Muarem,Qara Qarayev,Vüqar Nadirov,Cavid Tağıyev,Tural İsgəndərov,Tural Rzayev.
1` Maçt başladı uğurlar `Qarabağ` !
3` Qooooooool ! Vüqar Nadirov hesabı açdı.`Qarabağ` 1-0 hesabı ilə öndədir.
14` Fərhad Vəliyev topu oyuna daxil etdi,`Qarabağ` yeni hücum qurmağa hazırlaşır.
20` Bərabər səviyyəli oyun gedir .`SV Wacker Burghausen` təzyiqi artırsada müdafiədə inamlı oynayan futbolçularımız rəqibin hücumlarına mane ola bilir.
31` Tərlan Quliyev topu yan xəttdən oyuna daxil etdi amma rəqib futbolçu Qara Qarayevə qarşı kobud oynayaraq qaydanı pozdu.
33` Rəqib küncdən zərbə ilə topu cərimə meydançamıza tərəf ötürdü amma müdafiəçilərimizin inamlı oyunu sayəsində təhlükə sovuşdu.
40` `SV Wacker Burghausen` təhlükəli cərimə zərbəsi ilə yadda qaldı amma Fərhad Vəliyev çıxışda inamlı oynayaraq qola mane oldu.
42` Futbolçularımız topu özlərində saxlamaqla rəqibi özlərinə tərəf çəkib yeni hücuma keçməyə çalışırlar.
45` İlk hissə başa çatdı,komandalar fasiləyə yolldandılar.
II hissə
46` İkinci hissə başladı,Uğurlar `Qarabağ` !
47` İkinci hissəyə komandamız oyunçu dəyişikliyi ilə başlayıb,Muarem Muaremin əvəzinə Leroy Corc meydana daxil olub.
52` `SV Wacker Burghausen` cərimə zərbəsindən topu birbaşa Fərhad Vəliyevin üzərinə göndərdi.
53` Qooooooool ! İlqar Qurbanovun ideal ötürməsini Cavid Tağıyev asanlıqla qapıdan keçirdi.
58` Qurban Qurbanov əsas heyət oyunçularını meydana buraxdı.İbrahim Sehiç.Riçard Almeyda,Reynaldo,Danilo Dias,Çumbinyo,Maksim Medvedev,Admir Teli oyuna daxil oldu.
66` Komandamız oyuna nəzarəti tam ələ alıb və üçüncü qol axtarışındadır.
70` Burkhard Christoph cərimə zərbəsindən topu bir başa qapımıza doğru göndərsədə Sehiç əla sıçrayış ilə komandamızı qoldan xilas etdi.
79` `Qarabağ`ın nəzarəti altında oyun davam edir,rəqib ara-sıra hücumlar etsədə müdafiəçilərimizin inamlı oyunu sayəsində qapımızın toxunulmazlığı qorubun saxlanır.
81` Leroy Corc rəqibin cərimə meydançasına asanlıqla daxil olur amma ötürməsi qapıçıda qalır.
87` Rəqib hücumçu Namiq Yusifova qarşı sərt oynayaraq onu zədələdi və hakim oyunu saxlayaraq həkimləri meydana çağırdı.
90` Hakimin final fiti ilə görüş başa çatdı.Oyunda hesabı 3-cü dəqiqədə Vüqar Nadirov açdı,53-cü dəqiqədə isə Cavid Tağıyev komandamızın 2-ci qolunu vurdu.