`Qarabağ` 2 - 0 `Zestafoni` Oyun başa çatdı...

single-news
1 Fev 2013

`Qarabağ` 2 - 0 `Zestafoni` Oyun başa çatdı...



`Qarabağ`ımız Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 5-ci hazırlıq oyununa çıxır. Komandamızın rəqibi Gürcüstan təmsilçisi `Zestafoni`dir.
`Qarabağ` - `Zestafoni` oyunu Bakı vaxtıyla 17:00-da start götürəcək.
`Qarabağ` - Miro, Kamil, Zaur, Təmkin, Eltun, Namiq, Toğrul, Tural, Elnur, Elvin, Bleda.
Bu oyunda Baş Məşqçimiz Qurban Qurbanov təcrübəli futbolçulara istirahət vermişdir
4` - Bleda 3 müdafiəçinin arasindan məharətlə sıyrılır, zərbəsi azacıq aralı keçir
7` - Komandamız mərkəzdə top saxlamağa çalışır
 12` - Toğrul mərkəzdə fəallığı ilə seçilir
19` - Hələ ki qapılar ağzında təhlükəli vəziyyətlər yaranmayıb
21` - İlk künc zərbəsində Zaurun zərbəsi təhlükəli alınmadı
24` - Elnur Abdulovun zərbəsini qapıçı tuta bildi
31` - Eltun Yaqublu sarı kart alır
33` - Rəqib futbolçu da sarı vərəqə ilə cəzalanır
34` - Təmkinin zərbəsi müdafiəçidən qayıtdı
41` - Hİssə sona yaxınlaşır, bərabər səviyyəli oyun davam edir
45` - İlk yarı başa çatdı
İkinci hissə başlayır. Namiqin yerinə Gökhan daxil olur
46` - Hİssə başlayan kimi Bleda oyundan ilk təhlükəli qol epizoduna girdi. Qapıçı səhvsiz oynadı
48` - Müdafiəçilərin səhvini bağışlamadıq. Bleda hesabı açdı.
56` - Beniaşvili sarı vərəqə aldı
59` - Zestafoni ilk real qol vəziyyətindən yararlana bimədi. İki ard-arda epizodda Miro müdhiş reaksiya göstərdi
65` - Rəşad, Teli, Ansi,İlqar, Hacı, Riçard, Əfran, Muarem , Subasiç oyuna daxil olur.  Meydanda olanlardan yalnış qapıçı Miro və Toğrul davam edir.
67` - Topa nəzarət tamamilə komandamızın tərəfinə keçib
72` - Əfranın zərbəsi qapıdan aralı keçdi
75` - Qolll.. 2-0. Subaşiç aldı, Muarrem mükəmməl zərbə ilə topu `doqquz`luğa göndərdi
Bu dəqiqələrdə komandamız mükəmməl oyunla topa nəzarət edir. Rəqib son 5 dəqiqədə meydanın komandamıza aid hissəsinə keçə bilməyib
83` - Əfranın ötürməsindən sonra Muki oyundan kənar vəziyyətə düşdü..
Oyun komandamızın qələbəsi ilə başa çatdı

Oyundan FOTOQALEREYA bölümündə...

 

Paylaş

// pop up