"QARABAĞ" 2 - 1 "VESTEL MANİSASPOR"
"QARABAĞ" 2 - 1 "VESTEL MANİSASPOR"
"Qarabağ" Futbol Klubu 2007-2008-ci il mövsümünün hazırlığına Türkiyənin Superliga komandası olan "Vestel Manisaspor" komandasına qarşı oyunla başladı və...
...və QƏLƏBƏ qazandı ! ! !
"Qarabağ" - Fərhad, Azər, Nodar, Maksim (Mehran,46), Timur, Qoqa(Elçin,46), Aslan (Əfran,46), Taqım (İsabala,72), Murad (Şahin,57), Viktor (Rauf,46), Kənan (Vaqif,46).
Qollar: Aslan,42 (1-0), Nizaməddin,45+2(1-1) ; Vagif,88 (2-1).
Oyun sakit məcrada başladı. Tərəflər meydanın mərkəzini ələ keçirmək üçün əsasən top saxlamağa, qısa ötürmələrlə hücumlarını qurmağa çalışırdılar. İlk təhlükəli epizod 15-ci dəqiqədə yarandı. Viktorun topu saxlamadan zərbəsini qapıçı tuta bildi. 27-ci dəqiqədə Kənanın iki oyunçu arasından aldadıcı ötürməsini Murad zərbə ilə tamamladı.Amma qapıçı Egemen bu epizodda da yaxşı oynadı. 37-ci dəqiqədə isə oyunun ilk 100%-li qol epizodunu "Qarabağ" yaratdı. Aslan - Viktor - Kənan paslaşması sonuncunun qapıçı ilə təkbətək qalması ilə nəticələndi. Lakin Kənan qapıçını aldada bilmədi. Oyunun bu anları üstünlüyü ələ alan "Qarabağ"lılar öz istəklərinə 42-ci dəqiqədə çatdı. Belə ki Muradın cərimə zərbəsindən ötürməsini Aslan cərimə meydançasında mükəmməl zərbə ilə qapı küncünə göndərdi:1-0. Hissənin son dəqiqəsində yanda cəriməni pozan komandamız Nizaməddinin zərbəsindən sonra topu qapı çərçivəsindən çıxarmalı oldular: 1-1.
Oyunun ikinci hissəsi komandamızın Baş Məşqçisi Rasim Kara gəncləri meydana buraxdı. Buna baxmayaraq daha istəkli görünən komandamız bu hissəni də yüksək səviyyədə keçirə bildilər. Bəzi epizodlarda inanılmaz səhvlər buraxan müdafiəmizin "dirəyi" rolunu isə heç şübhəsiz Azər oynadı... Oyun ərzində rəqibin yeganə təhlükəli epizodu 64-cü dəqiqədə gəldi. Mərkəzdə topu itirən yarımmüdafiəçilərimizin səhvini isə müdhiş tullanışla Fərhad düzəltdi. Əvəzində bütün matçı izləyən tamaşaçıların da alqışla qarşıladığı Vagifin driblinqi yadda qalan oldu. İki oyunçunu üç dəfə aldadıcı hərəkətlərlə geridə qoyan Vaqifin zərbəsinı qapıçı da nəzərləri ilə müşayət etdi. Di gəl ki, top qapı dirəyinə sürtülərək yana çıxdı. Oyunu yüksək səviyyədə keçirən Vaqif öz istəyinə sona iki dəqiqə qalmış çatdı. Bu dəfə də bir aldadıçı hərəkətlə iki müdafiəçini arxada qoyan Vaqif uzaq küncə zərbəsi ilə qapıçıya da heç bir şans yeri qoymadı - 2:1. Hakimin final fitinə az qalmış isə hesab arasındakı fərq daha da artmalı idi. Amma 4 futbolçumuzun 2 müdafiəçiyə qarşı qaldığı epizodda Əfran ötürmə əvəzinə zərbə vurdu ki,burada da dəqiqlik çatmadı...
Oyun sonrası Baş Məşqçimiz Rasim Kara oyundan razılığını gizlətmədi: "İlk əvvəl başda Giray Bulak olmaqla, Manisa komandasına təşəkkür edirik ki, bizimlə oynamağa razılıq verdilər. Uşaqlarımız gözəl oyun göstərdilər. Əskikliklərimiz olmasına baxmayaraq qarşılaşdığımız komandanın "Vestel Manisaspor" olduğunu da unutmamalıyıq. Çempionata hazırlığımız plana uyğun gedir. Qoy bəzi komandalar çempionluğa oynayacaqlarını dönə-dönə vurğulasınlar. Hər şeyə meydanda aydınlıq gələcək..."
Rəqib komandanınBaş Məşqçisi Giray Bulak da komandamız haqqında fikirlərini bölüşdü: "İnanmazdım ki, "Qarabağ" komandası bu gücdə olsun. Yaxşı futbolçularınız var. Əsasən də oyun sxemi var ki, bu bir komanda üçün çox önəmlidir. Rasim hocanı təbrik edirəm..."
Daha böyükölçülü və daha çox şəkillərə baxmaq istəyirsinizsə, aşağıdakı linkə daxil olun: