`Qarabağ` 2-1 `Xəzər-Lənkəran`. 1/4 final. İlk matc. Canlı...

single-news
7 Mar 2010

`Qarabağ` 2-1 `Xəzər-Lənkəran`. 1/4 final. İlk matc. Canlı...



`Qarabağ` - `Xəzər-Lənkəran`. 14 final ilk matç.

`Qarabağ`: Fərhad Vəliyev, Elnur Allaverdiyev, Maksim Medvedev, Rəşad Sadıqov, Namiq Yusifov, Elvin Məmmədov, Emin İmaməliyev, Rauf Əliyev, Rəşad Sadiqov, Vüqar Nadirov, Admir Teli

`Xəzər-L`: Dmitri Kramarenko, Elvin Beqiri, Tixon Şişov, Osvaldo Martins, İvan Tsvetkov, Opara, Ramazan Abbasov, Radomir Todorov, Kabral, Devran Ayhan, İvan Pexa

1 - `Qarabağ` oyuna mərkəzdən başladı.

2 - `Xəzər-L` künc zərbəsi yerinə yetirir, Abbasovun zərbəsi dəqiq olmur

4 – Vüqara qarşı kobud oyanyırlar, Maksimin zərbəsi müdafiəçilərdən dönür

7 – Tərəflər ehtiyatlı davranırlar

8 – Oparanın zərbəsi Fərhadda qalır

9 – Raufun ötürməsi zamanı Elvinin baş zərbəsi qapının üstündən keçir

12 – Juninyo növbəti dəfə uzaqdan zərbə vurur

15 – Hələlik oyun mərkəzdə gedir

17 – Sadiqovun əla ötürməsi zmanı son anda Vüqara zərbə vurmağa imkan vermirlər

20 – Opara uzaqdan zərbə ilə hesabı açır

21 – Vüqarın uzaqdan cərimə zərbəsi qapıdan aralı keçir

22 – Cvetkova sarı vərəqə göstərilir

24 – sağ cinahdan Maksimin sərt ötürməsi müdafiəçilərdən dönür

25 – Emin Vüqarı təkbətək çıxarsa da, son anda qolkiper daha cəld tərpəndi

27 – Vüqar növbəti dəfə qapını yoxlayır

30 – Yarım saat geridə qaldı. 1:0 geridəyik.

32 – Raufun zərbəsi alınmır

35 – Juninyo növbəti dəfə uzaqdan qapıya zərbə endirir

36 – Kabral Elvinə qarşı kobudluğa görə sarı vərəqə alır

38 – Maksim də sarı vərəqə alır

42 – Sadıqovun cərimə zərbəsi təhlükəli olur

44 – İlk yarıya bir dəqiqə əlavə olunur

45+1 – İlk yarı başa çatdı

46 – İkinci yarı başladı. Eminin yerinə Adamiya oyuna daxil olur

48 – Şok!!! Rauf topu Pexadan oğurlayaraq cərimə meydançasına daxil olur, onu yıxırlar, amma əks tərəfə cərimə verir

52 – Komandamız ərazi üstünlüyünü ələ keçirib

55 – Vüqarın uzaqdan zərbəsinə Dima əla reaksiya göstərir

58 – Bu dəqiqələrdə hakim əleyhimizə verdiyi qərarlarla azarkeşlərin narazılığını qazanır

59 – QOL!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Rəşad Sadıqov fantastik zərbə ilə hesabı keçirir

61 – Daha bir qol şansı. Elvinin zərbəsi qapıdan aralı keçir

64 – Komandamız 2-ci qolu vurmaq üçün irəli atılıb

68 – daha bir künc zərəbi, medafiəçilər yenə dəqiq oynayır

69 – Vüqarın növbəti uzaqdan zərbəsi dəqiq olmur

70 – Namiqin yerinə Aslan Kərimov meydana daxil olur

75 – Son 15 dəqiqə. Hesab 1:1-dir

75 – Maksim 2 nəfəri keçir yerlə sərt ötürməsi son  anda Kramarenko dəqiq oynayır

80 - son 10 dəqiqə...

82`- 100%`lik daha bir epizod.. Raufun başla zərbəsini qapı xəttindən müdafiəçi çxardı...

86` - Komandamız rəqibi qapısına sıxıb..

88` - Svetkovun yerinə Lalin daxil olur

89` - Oyuna 3 dəqiqə əlavə olunur

90` - Adamiya ara ötürməsindən sonra qələbə topunu rəqib qapısından keçirə bilmir. Rəqibi yalnız möcüzə xilas edir...

90+3 - Qooooooooooollllllllllllllllllll !!!! BU dəfə möcüzə də rəqibə kömək edə bilmədi. Admir Teli qələbə topunu rəqib qapısından keçirdi.

Oyun başa çatdı...

 

 

 

 

 

Paylaş

// pop up