“QARABAĞ-2” 10 NƏFƏRLƏ QƏLƏBƏ QAZANDI
“QARABAĞ-2” 10 NƏFƏRLƏ QƏLƏBƏ QAZANDI
İkinci dəstədə mübarizə aparan və təmamilə gənclərdən qurulmuş “Qarabağ-2” çempionatın ilk turunda səfərdən qələbə ilə dönə bilib. Özüdə qələbə bir neçə amilə görə təqdirəlayiqdir. Belə ki, “Samux”la matçda bir zamanların ünlü forvardı Rövşən Əhmədovun qoluna əngəl ola bilməyən 32-ci dəqiqədə hesabı bərabərləşdirə biliblər. U-17-nin də kapitanı olan Emin Mustafayev uzaq məsafədən baxımlı qola imza atıb. İlk yarının son dəqiqələrində isə komanda azlıqda qalıb. Rza Qafarlı ikinci dəfə sarı vərəqə alaraq hakim tərəfindən meydandan xaric dilib.
Lakin, azlıqda qalmasına baxmayaraq, gənclərimiz təcrübəli futbolçulardan qurulmuş rəqibinə qalib gəlib. 72-ci dəqiqədə ikinci yarıda meydana çıxmış Röyal Nəcəfov komandanı irlə çıxarıb. Lakin by da matçda vurulan sonuncu qol olmayıb. Matçın bitiminə yaxın yerinə yetirilən künc zərbəsi zamanı Bayram Kərimov başla dəqiq oynayaraq komandasının qələbəsini rəsmiləşdirib. 1:3.
Beləliklə, ilk matçda rəqibinə qalib gələn Yaşar Hüseynovun yetirmələri Sentyabrın 8-ində “Ədliyyə” ilə qarşılaşacaq.
