`Qarabağ` 2-2 `Bakı`

single-news
31 Avq 2014

`Qarabağ` 2-2 `Bakı`



Start heyətlər artıq məlumdur.

“Qarabağ”: 13. İbrahim Şehiç 3. Tərlan Quliyev 5. Maksim Medvedev 6. Hacı Əhmədov 7. Namiq Yusifov (k) 9. Reynaldo Silva 11. Danilo Dias 24. Admir Teli 33. Şəhriyar Əliyev 70. Marinaldo Çiçero  77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 10. Muarem Muarem 17. Vüqar Nadirov 18. İlqar Qurbanov 20. Riçard Almeyda 23. Tural İsgəndərov 99. Namiq Ələsgərov

"Bakı": 1. Aqil Məmmədov (k) 3. Yure Travner 6. Vüqar Bəybalayev 7. Nuran Qurbanov 8. Lukas Mario Horvat  10. Nurlan Novruzov 18. Əziz Quliyev  19. Elton Hüseynov 21. Elşad Manafov  22. Risto Ristoviç 37. Mikayıl Rəhimov

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov 11. Tural Qürbətov 15. Azad Kərimov 16. Rövşən Əmiraslanov 17. Elmin Əsgərli 20. Valeh Seyidov 55. Aydın Mustafazadə

 

I hissə 

1` Oyun başladı ! Uğurlar `Qarabağ` !

5` `Qarabağ`ımızın ərazi üstünlüyü açıq aşkar hiss olunur.

10` Danilo Dias sağ cinahdan ideal ötürmə versədə bu topa zərbə endirən olmadı.

13` Çumbinyo rəqib müdafiəçiləri ustalıqla keçsədə qapıya istədiyi kimi zərbə endirə bilmədi. 

15` Komandamızın sol cinahdan hücum qurmaq isdəyi baş tutmadı.

20` Reynaldon başlatdığı hücumu Cavid Tağıyev təhlükəli zərbə ilə tamamladı amma Aqil Məmmədov bu zərbəni asanlıqla dəf etdi.

24` Reynaldonun zərbəsi qapıdan aralı keçdi.

25` Aqil Məmmədov topu oyuna daxil edərkən kobud səhvə yol verdi amma hücum xəttimiz bundan yararlana bilmədi.

27` Danilo Diasa qarşı edilən kobudluğa görə komandamız cərimə zərbəsi qazandı.Qapıya yaxın yer olsada Çumbinyonun cərimə meydançasına tərəf verdiyi ötürməyə toxuna bilən olmadı.

30` Çumbinyonun ideal ötürməsini Cavid Tağıyev qola çevirə bilmədi.

31` Cərimə meydançasında Cavid Tağıyevə qarşı edilən kobudluğa görə komandamız penalti vurmaq şansı əldə etdi.

32` Qoooooooooooooooooool ! Çumbinyo penalti zərbəsini qola çevirdi.

36` Reynaldo 100%-lik qol şansını qaçırdı.

39` Çumbinyo,Dias və Reynaldo triosu əla hücum qurdular amma Dias sonluğu yaxşı tamamlaya bilmədi.

43` Admir Teli kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıdı.

44` `Bakı` komandası qapımız istiqamətində ilk zərbəsini endirdi amma zərbə qapıdan aralı keçdi.

45` İlk hissə başa çatdı.İlk hissədən sonra komandamız hesabda 1-0 öndədir.

 

II hissə

45` İkinci hissə başladı ! Uğurlar `Qarabağ` !

48` `Bakı` komandası ikinci hissəyə daha sürətli başlayıb amma müdafiə xəttimiz hələki inamlı oyunu ilə yadda qalır.

53` Komandamız təzyiqi artıraraq oyunda üstünlüyü ələ ala bilib.

55` Komandamızın heyətində iki dəyişiklik baş verdi. Cavid Tağıyevin əvəzinə  Vüqar Nadirov, Hacı Əhmədovun əvəzinə isə  Riçard Almeyda meydana daxil oldu.

62` İbrahim Şehiç komandamızı real qoldan xilas etdi.

64` `Bakı` komandasının heyətində ilk əvəzləmə baş tutdu.Elton Hüseynovun əvəzinə meydana Tural Qürbətov daxil oldu.

66` `Bakı` komandası hesabı bərabərləşdirdi.Topu qapımızdan Nurlan Novruzov keçirdi.

69` Komandamızın heyətində sonuncu dəyişiklik edildi.Danilo Diasın əvəzinə meydana  Muarem Muarem daxil oldu.

70` `Bakı` komandası qapımızdan ikinci qolu keçirdi.Qolun müəllifi Yure Travner.

77` `Bakı` komandasının oyunçuları hər fürsətdə yerdə qalaraq oyunun vaxtını uzatmağa çalışırlar.

80` Vüqar Nadirovun cərimə meydançasına tərəf ötürməsinə Reynaldo çata bilmədi.

82` Reynaldoya qarşı kobud oyuna görə Lukas Mario Horvat sarı vərəqə ilə cəzalandırıldı.

84` Qooooooooooooooool ! Reynaldonun ötürməsindən sonra Muarem hesabı bərabərləşdirdi.

88` `Bakı` komandasının heyətində daha bir dəyişiklik,Risto Ristoviçin əvəzinə Rövşən Əmiraslanov meydana daxil oldu.

89` Simuliyasiyaya görə Reynaldo sarı vərəqə ilə cəzalandırıldı.

90` Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olundu.

90`+1` `Bakı` komandasının heyətində sonuncu dəyişiklik baş tutdu.Nurlan Novruzovun əvəzinə Elmin Əsgərli meydana daxil oldu.

90`+4` Oyun başa çatdı ! `Qarabağ` 2-2 `Bakı`

Paylaş

// pop up