“QARABAĞ-2” ARDICIL IKINCI QƏLƏBƏ QAZANDI

single-news
24 Mar 2007

“QARABAĞ-2” ARDICIL IKINCI QƏLƏBƏ QAZANDI



Azərbaycan milli çempionatının 1-ci dəstəsində növbəti turun oyunları keçirilib. “Qarabağ”ın bu dəstədəki nümayəndəsi “Qarabağ-2” klubu “doğma” meydanda “Muğan”la qarşılaşıb.
Sevindirici haldır ki, komandamız rəqibini darmadağın edərək ikinci dövrədə ardıcıl ikinci qələbəsini əldə edib. Komandanın baş məşqçisi Yaşar Hüseynov sabirabadlılarla görüşdə bu heyətə güvənmişdi
“Qarabağ-2”: V. Naumov, Q. Qarayev, R. Əliyev, F. Rəhimov, N. Kərimi, Ə. İsmayılov, O. Bəşirov, Y. Yaqubov, S. Əliyev, R. Nəcəfov, A. Mehdiyev
Görüş komandamızın aramsız hücumlarıyla başladı. Rəqib komandanın təzyiqinə 20 dəqiqə davam gətirə bildisə, Yasin Yaqubovun 22-ci dəqiqədə vurduğu qolun ardından rəqib artıq “sındı”. Ilk yarının sonunda artıq haqsabı 3:0 idi. İkinci hissə isə qonaqlar üçün daha acınacaqlı alındı. Komandamız son 45 dəqiqədə nə az, nə çox, düz 5 dəfə fərqləndi. Komandanın heyətində Röyal Nəcəfovun het-trik etdiyini də qeyd edək.
Beləliklə, “Qarabağ-2” ikinci dövrədə “MKT-Araz”la səfər görüşünün ardından (2:3) ardından ikinci görüşdə də 8:0 hesabıyla qalib gəldi.

Paylaş

// pop up