"QARABAĞ - 2" AZƏRBAYCAN İKİNCİSİDİR ! ! !

single-news
23 May 2006

"QARABAĞ - 2" AZƏRBAYCAN İKİNCİSİDİR ! ! !



Azərbaycan Çempionatının güclülər dəstəsində çıxış edən klubların nəzdində 1988-89-cu il təvəllüdlü futbolçular arasında keçirlən yarışlara yekun vuruldu. Final oyununda "Qarabağ-2" "Bakı"nın əvəzediciləri ilə qarşılaşdı... Oyun bütünlüklə "Qarabağ"lıların üstünlüyü ilə keçdi. İlk hissədə Poladın zərbəsindən sonra qapıçı çətinliklə topu dəf edə bildisə, Yasinin təkrar zərbəsindən sonra qapı dirəyi rəqibin dadına çatdı. İkinci hissədə də bəxt "Bakı"nın üzünə güldü. Bu hissədə də cərimə zərbəsindən mükəmməl zərbədən sonra qapı dirəyi hesabın açılmasına imkan vermədi. Bunun əvəzində isə rəqib bir dəfə də olsun "Qarabağ" qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədi. Əsas vaxtda hesabın açılmaması əlavə vaxta eytiyac yaratdı. Bu vaxtda isə fiziki daha hazır olan "Qarabağ" bütün əlavə vaxtı rəqib qapısı önündə keçirdi. Lakin hesab bu zaman da açılmadı. 11 metrlik cərimə zərbələrində isə futbolun yazılmamış qanunu işə düşdü. Bütün oyun boyu mükəmməl futbol sərgiləyən komanda 11 metrlik cərimə zərbələrindən sonra məğlub olaraq yalnız ikincilikə kifayətləndi... "Qarabağ" gəncləri oyunu ilə bir daha sübut etdi ki, "Qarabağ"ın gələcəyi var və bu gələcək parlaqdır. Komandamızı təbrik edirik.

Paylaş