“QARABAĞ-2” BAKI BİRİNCLİYİNİN QALİBİDİR!

single-news
30 İyn 2008

“QARABAĞ-2” BAKI BİRİNCLİYİNİN QALİBİDİR!



“Qarabağ” Futbol Klubunun gəncləşdirmə siyasəti öz bəhrəsini verməkdədir. Ölkədə ən güclü gənc kadroya sahib olan komandamız artıq əldə etdiyi uğurlarla da adından söz etdirməkdədir.

Xəbər vediyimiz kimi “Qarabağ”ın gənclərdən ibarət komandası Bakı birinciliyində çempionluq uğrynda mübarizə aparırdı. Finala kimi müvəfəqiyyətlə irəliləyən komandamız həlledici matçda “Neftçi”dən olan həmyaşıdlarıyla qarşılaşıb. Gözlənildiyi kimi komandamız rəqibinə oynamağa imkan verməyib. Matçın ilk dəqiqələrindən hücuma keçən komandamız çox keçmədən hesabı açmağa nail olub. 19-cu dəqiqədə Aqşin Mehdiyev görüşdə vurulan ilk qola imza atıb. Hücumlarını davam etdirən komandamız çox keçmədən ikinci dəfə fərqlənib. Natiq Kərimi hesab arasındakı fərqi iki topa çatdırıb. Onu da nəzərinizə çatdıraq ki, hər iki qola imza atmış futbolçu əsas komandanın baş məşqçisi Rasim Kara tərəfindən bəyənilərək əsas komandaya çağrılıb. İlk yarı bu hesabla başa çatıb.

İkinci yarıya da komandamız hücumlarla başlayıb. Amma qolu gözləmək üçün 24 dəqiqə lazım gəlib. Yarımfinalda olduğu kimi bu dəfə də Əfran İsmayılov qola imza ata bilib. Artıq qələbə qazandığını görən komandamız rəqibə oynamağa imkan verib və nəticədə “Neftçi-2” qollardan birinin əəvəzini çıxa bilib. Belədə 3:1 hesabıyla qalib gələn “Qarabağ-2” Bakı birinciliyinin qalibi olub.

 

 

 

Paylaş

// pop up