"QARABAĞ - 2" DÜNYAYA GƏLİR . . .

single-news
16 Avq 2006

"QARABAĞ - 2" DÜNYAYA GƏLİR . . .



"Qarabağ" Futbol Klubu Uşaq Futbolunun inkşafına həmişə diqqət yetirmişdir. Rəhbərliyin aşağı yaş qruplarından futbolçuların yetişməsi üçün əlindən gələni əsirgəməməsi, Türkiyə təcrübəsindən yararlanmaq istəyi, bunun nəticəsi kimi Türkiyənin ən tanınmış mütəxəssislərinin müəyyən dönəmlərdə "Qarabağ" Uşaq Futboluna kömək etməsi görülən işlərdəndir. Bütün bu işlərin yekunu olaraq "Qarabağ" rəhbərliyi daha bir addımı reallaşdırdı. Belə ki, aşağı yaş qruplarında yetişmiş futbolçuların yalnız bir neçəsinin əsas komandaya düşməsi, digər perspektivli futbolçuların isə futboldan kənar qalması uşaq futbolu ilə əsas komanda arasında körpü olacaq bir komandaya eytiyac yaratdı. Bu zaman isə bu funksiyanı yerinı yetirəcək yalnız bir yol meydana gəldi: "Qarabağ-2". I dəstədə mübarizə aparacaq bu yeni komandanın əsas məqsədi perspektivli gənc futbolçuların oyun təcrübəsi qazanaraq, əsas komanda üçün seçim imkanı yaratmasıdır. Aşağı yaş qruplarından seçiləcək bu futbolçular daha təcrübəli I dəstə təmsilçiləri ilə oyunlarda daha çox təcrübə qazanacaqlar ki, bu da həmçinin onların "Qarabağ" komandasında oynaması üçün özlərini göstərmələrində bir növ vasitəçi rolu oynayacaq. Komandanın Baş Məşqçisi isə Elşad Xudadatov seçilmişdir. Klubun Vitse-Prezidenti Taher Gözelin xeyir-duası ilə bu vəzifəyə gətirilən gənc çalışdırıcı uzun illər "Qarabağ" Uşaq Futbolunun uğurları üçün çalışmış, bir neçə nailiyyət də qazana bilmişdir. Ötən il “B” kateqoriyalı məşqçilik kursu keçən çalışdırıcı, İtaliyada keçirilmiş seminarda da təhsilini artırmışdır. Elşad müəllim komandanın uşaq futboluna yetirilən diqqətə görə Klub rəhbərliyinə dərin minnətdardır: “Mən başda Klub Prezidenti və Vitse -Prezidenti olmaqla,“Qarabağ” Futbol Klubunun rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Həmişə uşaq futboluna diqqət yetirən rəhbərlərimiz, “Qarabağ-2” yaratmaqla bir növ inkşafa təkan verdilər. Mən hər il bir neçə futbolçu əsas komandamıza təklif edirdim. Hüseyn İsgəndərov, Elçin Cəfərov, Mehran Əliyev , Fərid Haqverdiyev “Qarabağ” uşaq futbolunun yetirmələridir. I dəstəyə komanda buraxmaqla isə biz futbolçuları daha çox sınamaq imkanı əldə edir, bununla da seçim imkanlarımız artırmış oluruq. I dəstədə əsas məqsədimiz perspektivli gənclərə diqqət yetirərək, onları əsas komandamıza hazırlamaqdır...”

Paylaş