"QARABAĞ-2" FİNALA YÜKSƏLDİ ! ! !
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/1914.jpg)
21 Fev 2006
"QARABAĞ-2" FİNALA YÜKSƏLDİ ! ! !
Mərhum Jurnalist Salatın Əsgərovanın xatirəsinə həsr olunmuş turnirdə qrup mərhələsinin oyunları başa çatmış, bu gün isə yarımfinal oyunları keçirilmişdir. Sevindirici haldır ki, bu turnirdə iştirak edən, əsasən 1988-89-cu il təvəllüdlülərdən təşkil olunmuş "Qarabağ-2" komandası bu gün yarımfinaldakı rəqibindən də üstün olaraq finala yüksəlmişdir.
Finala gedən yolda "Qarabağ-2" "Olimp" (1:0);RİGOEM (7:0); "Bakı"(0:1);"İnam" (9:0) komandaları ilə mücadilədən sonra yarımfinala vəsiqə qazanmışdır.
Yarımfinal mücadiləsi isə, Lökbatan qəsəbə stadionunda bu gün keçirildi. "Qarabağ-2"-nin rəqibi bu dəfə "Təhsil" klubu oldu. Gərgin keçən oyun 2:1-lik "Qarabağ"ın gənclərinin xeyrinə başa çatdı.Qolları "Qarabağ"ın heyətindən rəqib qapısına Yasin Yaqubov və Əfran İsmayılov vurdu.
Final görüşü fevralın 25-də, saat 15:00-da Lökbatan qəsəbə stadionunda keçiriləcək. Gənc komandamıza uğurlar arzulayaraq, kuboku başı üzərinə qaldıracağına inanırıq.