`Qarabağ` 2 gün sonra başladı

single-news
14 Avq 2013

`Qarabağ` 2 gün sonra başladı



`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın II turunda `Sumqayıt`la qarşılaşan `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət vermişdi.  Amma komandamız heç də tam heyətlə hazırlığa başlamayıb. Rəşad Sadıqov, Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev Azərbaycan, Nikolas Gelaşvili Gürcüstan, Ulrix Kapolonqo Konqo, Admir Teli və Ansi Aqolli isə Albaniya millisinə çağrılıb.
Sevindirici haldır ki, `Qarabağ`ımızda zədəlilərimiz geri dönür. Vüqar Nadirov və Riçard Almeyda artıq komandayla məşqlərə başlayıb.
`Qarabağ`ımızın 2-ci məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq. 

Paylaş

// pop up