`Qarabağ` 2 gün sonra başladı
15 Apr 2014
`Qarabağ` 2 gün sonra başladı
`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın lideri olan komandamız XXXI turda baş tutacaq `Simurq`la oyunun hazırlıqlarına start verib. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov `Rəvan` üzərində qələbədən sonra (5:1) komandaya 2 günlük istirahət vermişdi.
Bugün yenidən yığışan komandamız günün yeganə çalışması üçün Suraxanı qəsəbə stadionunda yollanıb. `Qarabağ`ımızın məşqi 16:30-da start götürüb.
`Qarabağ`ımızın heyətində cəzalı və zədəlilərin olmaması texniki heyəti sevindirir. `Qarabağ`ımız daha 2 gün Bakıda məşq etdikdən sonra Zaqatalaya yollanacaq.
Qeyd edək ki, `Simurq` - `Qarabağ` oyunu Aprelin 20-də saat 17:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.