`Qarabağ` 2 gün sonra başladı

single-news
31 Okt 2011

`Qarabağ` 2 gün sonra başladı



`Qarabağ`ımız yenidən başlayır. Premyerliqanın 2-ci dövrəsinin ilk turunda `Sumqayıt-Şəhər`lə qarşılaşacaq komandamız bu gün hazırlıqlara start verir. Oktyabrın 28-i `Bakı`yla qarşılaşdıqdan sonra Ağdam Bakıya dönən komandaya baş məşqçimiz Qurban Qurbanov 2 günlük istirahət vermişdi. Bu gün isə bazaya yığışan komanda ilk çalışmanı yerinə yetirəcək.
Komandamızın məşqi  Suraxanı qəsəbə stadionunda baş tutacaq. `Sumqayıt-Şəhər`lə mücadilə öncəsi son 2 turu buraxan Nderim Nedzipi geri dönüb. Uzun zamandır fərdi olaraq çalışan makedoniyalı sumqayıtlılarla oyuna qədər hazır olacaq. Avqustda zədələnən Emin də fərdi məşqlərə başlayıb. İmaməliyevin 2 həftəyə tam hazır olacağı gözlənilir.
`Qarabağ` - `Sumqayıt-Şəhər` oyunu noyabrın 5-də Ağdam, Quzanlı qəsəbə stadionunda keçiriləcək.

Paylaş

// pop up