“QARABAĞ-2” HEGEMONLUĞU DAVAM EDİR

single-news
26 Sen 2008

“QARABAĞ-2” HEGEMONLUĞU DAVAM EDİR



Əvəzedicilərin çempionatında növbətu turun oyunları keçirilib. “Qarabağ”ın əvəzediciləri çempionlu uğrunda yürüşlərini davam etdirirlər. Sonuncu turda Yaşar Hüseynovun yetirmələri “Simurq”un eyni hüquqlu kollektivini qəbul edib. Matça favorit kimi çıxan “Qarabağ” rəqibi sıxmağa başlayıb. Lakin qol yarım saatdan sonra gəldi. Əfran İsmayılovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra Natiq Kərimi hesabı açdı. İlk yarıda başqa qol vurulmadı.  İkinci hissəyə də komandamız hücumlarla başladı. Lakin hesabı artırmaq üçün matçın sonunu gözləmək lazım gəldi. 82-ci dəqiqədə Rövşən İsmayılovun zərbəsindən sonra dönən topa haımdan tez çatan Elçin Xəlilov hesabı müəyyənləşdirdi, 2:0.  Beləliklə, 6-ci görüşündə 5-də 3 xal qazanan komandamız liderliyini möhkəmləndirdi.

Paylaş

// pop up