`Qarabağ` 2 məşqlə başladı

single-news
8 Okt 2012

`Qarabağ` 2 məşqlə başladı



`Qarabağ`ımız yenidən məşqlərə başladı. `Kəpəz`lə oyundan sonra komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət vermişdi. Bugün səhər bazaya yığışan komandamız ilk çalışmanı elə bazada reallaşdırıb. `Qarabağ`ımız hazırlıqlarını heç də tam heyətlə yerinə yetirə bilmir. Belə ki, əsas milliyə 6, U-21-ə 3 futbolçu göndərən komandamızda eyni zamanda Ansi Aqollini Albaniya millisinə yollanıb. Əfran İsmayılov isə zədə səbəbindən kollektiv çalışmalardan kənarda qalıb. `Qarabağ`ımızın 2-ci məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Paylaş

// pop up