`Qarabağ` 2 məşqlə davam edir
11 İyn 2011
`Qarabağ` 2 məşqlə davam edir
`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Hər gün 2 məşq yerinə yetirən `Qarabağ`ımız getdikcə sürəti artırmaqdadır. Fiziki gücün artırılmasına əsaslanan çalışmalarda futbolçuların əzmli olması diqqətdən qaçmır.
Dünən axşamkı çalışma 17:00-a planlaşdırılsa da, məşq yarım saat gec baş tutudu. Qızılcahamamda olan ənənəvi şiddətli leysan komandamızın avtobusunun 30 dəqiqə hərəkət etməsi nə səbəb oldu. Yalnız yağış səngidikdən sonra komandamız meydançaya yollana bildi.
Çalışma təxminən 90 dəqiqə davam etdi. Öncə 2-li qruplarda `kvadrat` oynayan futbolçular ardınca meydanboyu fərqli toplu çalışmalar yerinə yetiriblər.
Bu gün səhər çalışması yerli vaxtla 10:30-da baş tutdu. Yenə ilk olaraq kavdrat oynayan futbolçular ardınca müəyyən koordinasiya hərəkətləri yerinə yetirdilər. Ardınca müəyyənləşdirilmiş maneələri dəf edərək qapılara zərbə üzərində işlənildi.
Komandamızın 2-ci məşqi 17:15-ə nəzərdə tutulub.