"Qarabağ-2" qalib gəldi
1 Mar 2022
"Qarabağ-2" qalib gəldi
I Divizionun 16-cı turunda "Qarabağ-2" "Kəpəz"İ qəbul edib.
Binə qəsəbə stadionunda keçirilən oyunda komandamız 2:1 hesablı qələbə qazanıb. Qollarımızı Əli Nəcəfli və Seyxan Fərəcov vurublar.
Komandamız 25 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
