“QARABAĞ-2” QƏLƏBƏ ÜÇÜN GETDİ
“QARABAĞ-2” QƏLƏBƏ ÜÇÜN GETDİ
İlk turda “Samux” səfərindən 3 xalla dönən “Qarabağ-2” bu gün 1-ci dəstənin iddialılarından olan “Anşad-Petrol”la Neftçalada qarşılaşacaq. Xatırladaq ki, ilk matçda 10 nəfərlə qalmasına rağmən, 3 qolla 3 xala sevinən Yaşar Hüseynovun yetirmələri eyni uğuru bu dəfə də davam etdirmək istəyir. Rza Qafarlının cəzalı olması səbəbiylə, matçı buraxacaq. Əvəzində, əsas komandanın üzvü Rauf Əliyev Neftçalaya qol ümidi ilə aparılıb. Matçöncəsi, komandanın əhval-ruhiyyəsinin çox yüksək olduğu və sadəcə qələbə haqqında düşündükləri baş məşqçi Yaşar Hüseynovun sözlərindən də başa düşmək olar:” İlk oyunda qalib gəlməyimiz uşaqları ruhlandırıb. Zənnimcə, məğlubedilməz komanda yoxdur. “Anşad-Petrol” nə qdər “ev”də güclü təsir bağışlasa da, hər halda yenilməz deyil”.