“QARABAĞ-2” “SAMUX”LA BAŞLAYACAQ

single-news
29 Avq 2007

“QARABAĞ-2” “SAMUX”LA BAŞLAYACAQ



Gənclərdən qurulmuş “Qarabağ-2”də artıq başlayır. Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən komanda ilk səfərində liqanın yenilərindən olan “Samux”la qarşılaşacaq. Sentyabrın 1-ində baş tutacaq ilk görüşdə gənclərimiz qələbəyə iddialıdır. Hər halda komandanın baş məşqçisi Yaşar Hüseynovun sözlərindən belə başa düşmək olar. “Bildiyiniz kimi, komandaını əsas məqsədi futbolçu yetişdirib, əsas komandaya yollamaqdır. Ona görə də komandada olan futbolçuların  əksəriyyətinin 20 yaşı  olmayıb.. Ən yaşlı futbolçumuzun  isə cəmi 22 yaşı var. Ona görə də gəncləri qazanmağımız daha önəmlidir.”

Komandanın hədəflərinə gəlincə, Yaşar bəy mümkün irəli gedəcəklərini bildirib.”Hal-hazırda komandada 28 futbolçu məşq edir. Onların prespektiv vəd edən uşaqlardır. Ona görə də işimiz həm çətin həm də məsuliyyətlidir. İstənilən halda Rasim Kara bizədn futbolçu istəyə bilər. Lakin, biz hər şeyə hazırıq.”

Paylaş

// pop up