"QARABAĞ - 2" "ŞƏRUR"U 13 QOLLA YOLA SALDI . . .

single-news
9 Sen 2006

"QARABAĞ - 2" "ŞƏRUR"U 13 QOLLA YOLA SALDI . . .



1/32 FİNAL, CAVAB OYUNU: "ŞƏRUR" - "QARABAĞ-2" 0:5 (ilk görüş- 0:8) Azərbaycan Kubokunun 1/32 final mücadiləsində "Qarabağ-2" rəqib olan "Şərur" komandasına dərs keşdi. İlk görüşü səkkiz cavabsız topla başa vuran komandamız Sumqayıtın M.Hüseynzadə adına stadionunda da sözün əsl mənasında "şou"nu davam etdirdi... Yaşlarına uyğun olmayan futbol şərgiləyən "Qarabağ"ın gənc futbolçuları bu dəfə rəqibi beş dəfə meydana mərkəzdən başlamağa məcbur etdi. İlk hissədə üç dəfə rəqib qapısına yol tapdıqdan sonra, ikinci hissədə yalnız top saxlamaq tapşırığı alan "Qarabağ"lılar buna rəğmən daha iki dəfə "Şərur"luları mərkəzə dəvət edib. Əlamətdar hal isə ilk oyunda het-trik edən Əfran İsmayılovun bu uğuru bu oyunda da təkrarlamasıdır. Qalan iki topu isə Rza Qafarlı və Orxan Bəşirov öz aktivinə yazmışdır. Oyundan sonra Baş Məşqçi Elşad Xudadatov oyun haqqında bunları bildirdi: "Uşaqların topla davranışı tapşırığıma uyğun idi. Lakin topsuz olduqda bir qədər arxayınçılıq sezildiyini deməliyəm. Bu isə sadəcə hesabın bizim xeyrimizə olduğundan irəli gələn məqamdır. Ümumilikdə komandamın oyunundan razıyam və sabahdan 1/16 finalda "Bakılı" səddini keçmək üçün hazırlığımıza start verəcəyik..."

Paylaş