"QARABAĞ - 2" TƏCRÜBƏ YIĞIR . . .

single-news
3 Sen 2006

"QARABAĞ - 2" TƏCRÜBƏ YIĞIR . . .



"QARABAĞ" 3 - 0 "QARABAĞ-2" "Qarabağ - 2" komandası yarandıqdan sonra ilk sınağını əsas komandaya qarşı keçirdi. Əsas heyətdən ikinci komandada oynaya biləcək Namiq Yusifov, Mehran Əliyev, Fərid Haqverdiyevin də heyətində yer aldığı "Qarabağ-2" ilk dəqiqələrdən müqavimət göstərməyə başladı. Lakin bu yalnız 15 dəqiqə davam etdi. 16-cı dəqiqədə künc zərbəsindən asmanı Samir Abbasov uzaq küncə göndərdi. Buna cavab kimi ilk hissədə Rza Qafarlının zərbəsi yadda qalan oldu ki, bu zaman qapı dirəyi Elçin Cəfərovun qoruduğu çərçivəni toxunulmaz etdi. İkinci hissədə də oyun əvəzedicilərin qapısı qarşısında cərəyan etdi. Bir gün öncə matç oynadıqlarından ( U-15 - 3:0) yorğun görsənən "Qarabağ-2" daha iki dəfə meydana mərkəzdən başlamalı oldular. Əvvəlcə ikinci hissədə meydana daxil olan Romal Hüseynovun ötürməsini Kənan Kərimov qapıdan keçirdi. Az sonra isə Kənan asistlik elədi. Topu isə qapıdan Müşviq Hüseynov keçirdi... Oyundan sonra "Qarabağ-2"-nin baş məşqçisi Elşad Xudadatov yetirmələrinin oyunundan razı qaldığını vurğulamaqla yanaşı, əsas heyətdən cəlb olunmuş futbolçuların öz yetirmələri ilə uyğunluğunun yetərincə olmadığını vurğuladı..." Xatırladaq ki, "Qarabağ-2" ölkə kubokunun ilkin təsnifat mərhələsində ilk oyununu 06.09.2006 tarixində "Şəfa" stadionunda "Şərur" klubuna qarşı keçirəcək.

Paylaş