“QARABAĞ-2”: TƏLİM-MƏŞQ DAVAM EDİR

single-news
11 İyl 2007

“QARABAĞ-2”: TƏLİM-MƏŞQ DAVAM EDİR



Azərbaycan futbolunda mütərəqqi inkişaf xətti yaratmağı qarşısına məqsəd qoyan “Qarabağ” Futbol” Klubu bu yolda planlarını həyata keçirir. Bu günlərdə “Qarabağ” FK-nın əsas komandası Türkiyədə hazırlıq keçdiyini xəbər vermişdik. Elə əsasən gənclər qurulmuş “Qarabağ-2” də Azərbaycanın səfalı guşələrindən olan Qaxa təlim-məşq toplanışına yollanıb. 22 nəfərlik heyətə komandanın baş məşqçisi Yaşar Hüseynov başçılıq edir. Görək komandanın baş məşqçisi özü toplanış haqqında nə düşünür:” Bilirsiniz, cempionatın başlanmasına hələ yetərincə vaxt var. Amma belə toplanışların komanda üçün cox böyük köməyi var. Uşaqlar bir-birinə öyrəşir həm də fiziki və taktki cəhətdən “artırır”lar. Hal-hazırda gündə 2 dəfə məşq edirik. Səhər daha cox fiziki hazırlığa üstünlük veririk. Axşamlar isə toplu hərəkətlərə. Uşaqların durumundan razıyam. Hər kəs bütün qabilliyətini göstərməyə çalışır. İnşallah, əsas məqsədimiz olan futbolçu yetişdirmək amilinə bir töhfə verərik.”

Xatırladaq ki, komanda ayın 17-si Bakıya qayıdacaq.

Paylaş

// pop up