Belə getsə, “Qarabağ”ın gənclərindən qurulmuş komandası elita vəsiqə haqqında düşünməli olacaq. Yaşar Hüseynovun yetirmələri artıq yüksək dəstənin qapısının aralayıblar belə. Son oyunda “Bakı-2”ylə səfərdə qarşılaşan gənclərimiz axırıncı oyunda olduğu kimi yenə də 2:0 hesabıyla qalib gələrək iddiasını davam etdirdi.
Görüşə hücumlarla başlayan Hüseynovun yetirmələri artıq 20-ci dəqiqədə hesabı açıblar. Mehran Əliyev komandasını irəli çıxaran qola imza atıb. Lakin, hesabla razılaşamayan gənclərimiz rəqibini qapısına sıxsa da, yalnız matçın son dəqiqəsində növbəti dəfə uğura imza atdı. Müdafiəçiərin kobud səhvindən sonra topu ələ keçirən Əfran İsmayılov qapıçını topu tordan çıxarmağa məcbur etdi. Beləliklə, “Qarabağ-2” 6-ci matçında 4-cü qələbəsini qazanaraq qrupda vahid liderliyi ələ keçirdi. Xatırladaq ki, komandamız qrupda məğlub olmayan yeganə klubdur.