`Qarabağ` 2012-yə start verdi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
10 Yan 2012
`Qarabağ` 2012-yə start verdi
`Qarabağ`ımız 2012-yə start verdi. Dekabrın 21-də baş tutan premyerliqanın XVIII turundan sonra 20 günlük istirahətə yollanan komandamız bu gün yeni ilin ilk hazırlığını keçib. Komandamızın baş məşqçisi Qurban Qurbanov `Barselona`nın düşərgəsinə yollandığına görə komandanı məşqə Müşviq Hüseynov – Elçin Rəhmanov çıxarıb.
Surxanı qəsəbə stadionuna yollanan komandamız məşqə heç də əsas heyətlə çıxmayıb. Belə ki, legionerlərimiz bu gecə Bakıda olacaq. Eyni zamanda yeni əməliyyat olunan Rəşad Sadıqov hələ də bərpa prosesi keçir. Vüqar Nadirovun əmisi rəhmətə getdiyinə görə 24 yaşlı forvard ilin ilk məşqini buraxmalı olub.
Məşq isə yüngül tempdə keçib. Futbolçular qaçışla kifayətləniblər.
`Qarabağ`ımızın sabahkı məşqi yenə də Suraxanı qəsəbə stadionunda olacaq.