"QARABAĞ-2"NİN NÖVBƏTİ QƏLƏBƏSİ . . .

single-news
29 Noy 2005

"QARABAĞ-2"NİN NÖVBƏTİ QƏLƏBƏSİ . . .



Həvəskarlar arasında 8-ci ölkə çempionatında növbəti turun oyunları keçirilib. Bakı bölgəsini təmsil edən üç yarımqrupun ikisində birinci dövrəyə yekun vuruldu. Son turda "Qarabağ-2" "Mehdiabad Bələdiyyəsi"ni qəbul etdi. Oyunun ilk hissəsində Yasin Yaqubov, ikinci hisssində isə əvvəlcə Polad Kərimov, daha sonra Şahin Xasaylı rəqibi meydana mərkəzdən başlamağa məcbur etdi. Matç 3:1 hesabı ilə "Qarabağ-2"nin xeyrinə başa çatdı. Son turdan sonra "Qarabağ-2" "ABU" ilə ilk iki pilləni bölüşür. Hər iki kollektivin 18 xalı var. İkinci dövrəyə 2006-cı ilin fevral ayında start veriləcək.

Paylaş

// pop up