`Qarabağ` 3 - 0 `Sumqayıt`

`Qarabağ` 3 - 0 `Sumqayıt`
`Qarabağ`ımız premyerliqanın XX turunda `Sumqayıt`la qarşılaşdı. Cari mövsüm çempionluğu hədəfləyən komandamız 2013-cü ilin ilk ve oyununda sadəcə qələbəyə köklənmişdi. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov ötən tur `Qəbələ`ylə baş tutan oyunla müqayisədə əsas heyətdə sadəcə 1 dəyişiklik etmişdi: sağ cinahda Əfranı İsmayılovu Vüqar Nadirov əvəzləmişdi.
`Qarabağ`ımız oyuna üstün başladı. Ərazi üstünlüyünü ələ alan komandamız elə ilk dəqiqədəcə də hesabı aça bilərdi. Lakin Muarem əlverişli mövqədə edəcəyi haqqında qərar verə bilmədi. Ardınca Ansi Aqolli təkbətəkdən yararlana bilmədi. Amma elə albaniyalı Riçarda möhtəşəm ötürmə verdi, braziliyalı isə Vaqifə qol hədiyyəsi verdi.
İlk yarı bu hesabla başa çatdı. 2-ci hissə sakit məcrada davam edərkən komandamız son 10 dəqiqədə yenidən `partladı`. Öncə Admir Teli cərimə meydançası daxilində Vüqarın ötürməsiylə topu başla tora göndərdi. Az sonra isə Rəşad Sadıqovun ənənəvi cərimə zərbəsindən möhtəşəm qola imza atdı.
Beləliklə, `Qarabağ`ımız 3:0-lıq qələbəylə xalların sayını 35-ə çatdıraraq 1 oyun artıqlamasıyla 2-cı sıraya yüksəldi.