`Qarabağ` 3-1 `VİT-Corciya`...Canlı
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` 3-1 `VİT-Corciya`...Canlı
`Qarabağ`ımız `VİT-Corciya` ilə Antalyada sonuncu hazırlıq matçına çıxır. Komandamızın start heyəti:
Bojan Pavloviç, Maksim Medvedev, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Georgi Adamiya, Əfran İsmayılov, Vaqif Cavadov, Rauf Əliyev
1` - oyun başlandı
3` - İlk dəqiqələr də komandamız topa nəzarəti əlində saxlayır
4` - İlk real qol epizodunu `Qarabağ` yaratdı. Əfranın yandan yerlə ötürməsini Rauf qapının üstündən vurdu
6` - Adamiyanın ara ötürməsinə Rauf çata bilmədi
9` - Adamiyaya qarşı kobud oyun
9` - Vagifin zərbəsi qapıdan aralı keçdi
10` Daha bir qol imkanı- Ansinin ötürməsini Əfran qapıya göndərsə də son anda müdafiəçi topu qapı xəttindən çıxardı
13` - Vagif’ qarşı kobud oyun
15` - Rəşad – Adamiya paslaşması sonuncunun zərbəsi ilə tamamlansa daqapıçı yerindədi
16` - Çimakidzenin zərbəsini Osman dəf edə bildi
18` - QOLLL !!! Əfranın ötürməsini Vagif dəqiq zərbə ilə tamamladı 1-0
19` - Əfran öz küncündə şou göstərir
21` - Əfranın ötürməsindən sonra Raufa qarşı kobud oyun və penaltı
22` - Adamiya dəqiqdir - 2-0
23` - Vasadzenin zərbəsini Osman mükəmməl tullanışla dəf edir
24` - QOLL 3 – 0 Əfranın ötürməsini Rauf qapıdan keçirir
29` - Meydanın mərkəzinə komandamız tamamilə nəzarət edir
30`- Rauf 4cü dəfə fərqlənsə də, hakim oyundan kənar vəziyyət qeydə aldı
32` - Adamiya – Əfran – Vaqif paslaşması sonuncunun qeyri-dəqiq zərbəsi ilə yekunlaşdı
35` - Rəqib komandamızın hücumlarına heç nə ilə cavab verə bilmir
36` - Vit-Georgia qollardan birinin əvəzini çıxsa da, top oyundan kənar vəziyyətdən vurulduğuna görə hesaba alınmadı
38` - Cimakidze hesab arasındakı fərqi azaldır 3-1
42` - Rəqib hissənin sonlarına doğru fəallaşır
45` - Birinci hissə başa çatdı
46` - 2-ci yarı başladı. Əfran və Vaqifin yerinə Adamiya və Vüqar meydana daxil olur
49` - Ansinin asması Raufa çatmır
53` - Maksimin reydi nəticəsiz qalır
55` - Komandamız topa nəzarət edir
56` - Adamiya ofsayda düşür
59` - Vüqarın qapı önünə ötürməsini Rauf tamamlaya bilmir
60` - Rauf daha bir epizodla yadda qalır
62` - Çimakadze qola yaxın olsa da çərçivəyə düşə bilmir
64` - Vüqar qapıçıyla üzbəüz qalsa da zərbəsini qolkiper dəf edir
69` - Sadiqovla Adamiyanın yerini Zaur və Bəxtiyar tutur
71` - Raufun növbəti driblinqinin qarşısını kəsirlər
75` - Namiqin yerinə Toğrul meydana daxil olur
78` - Bəxtiyar Raufun ötürməsiylə bir müdafiəçini keçərək qapıçıyla üzəbəüz qalsa da qolkiper son anda dəqiq oynayır
80` - Raufun yerinə Tural meydana daxil olur
84` - Vüqarın sağ cinahdan asmasına çatan olmur
88` - Bəxtiyar qapını yoxlayır
89` - Rəşad Sadıqov əks-hücumda irəli çıxan qapıçını keçırık Ansini `görsə` də Aqolli boş qapıya düşə bilmir
90` - Oyun başa çatır, 3:1 qələbə qazanırıq