"Qarabağ" 3-cü təsnifat mərhələsində!
29 İyl 2022
"Qarabağ" 3-cü təsnifat mərhələsində!
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" səfərdə "Sürix"lə qarşılaşıb.
İsveçrədə keçirilən görüşün əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsilə yekunlaşıb. Əlavə vaxtda komandamız 1 qol vurub və ümumi hesabda qalib gəlib 5:4.
Komandamız bu nəticə ilə 3-cü mərhələyə yüksəlib. "Qarabağ" növbəti raundda Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.