`Qarabağ` 3 günlük istirahətə buraxıldı

single-news
27 Avq 2010

`Qarabağ` 3 günlük istirahətə buraxıldı



`Qarabağ` 3 günlük istirahətə buraxılıb. Dünən Avropa Liqasının pley-off mərhələsində `Borussiya` ilə qarşılaşan komandamız turnirlə vidalaşdı. İyulun 1-indən avrokuboklarda çıxış edən komandamızın sıx qrafikini nəzərə alan komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçulara istirahət etmək imkanı yaradıb. Belədə `Qarabağ` Avqustun 30-u yenidən yığışacaq. Amma heç də tam heyətlə deyil. `Qarabağ`ımızın 7 üzvü Azərbaycan millisinin heyətinə yollanacaq. Ansi Aqolli və Admir Teli Albaniya, Andrey Rubins isə Latviya millisinin düşərgəsinə qoşulacaq. Əfran İsmayılovun zədəli olduğunu nəzərə alsaq komandamızın ilk məşqinə 10-12 nəfər futbolçunun qatılacağı gözlənilir.

Paylaş

// pop up