"QARABAĞ" 3 QOLLA KEÇDİ
"QARABAĞ" 3 QOLLA KEÇDİ
“Qarabağ” futbol Klubu hazırlığını davam etdirir. Bu gün komandamız növbəti yoldaşlıq oyununa çıxıb. Rəqib II dəstədə çıxış edən “Neftçi-2” kollektivi olub. Komandamız Lökbatan qəsəbəsində baş tutan oyuna bu heyətlə çıxıb. Millinin heyətindən yeni dönən Fərhad Vəliyev son xətdə yerini geri qaytarıb. Müdafiə 4-lüyünü isə bu futbolçular formalaşdırıb. Nodar, Aftandil, Muhammed, Ayxan. Onların qarşısında da 4 futbolçu mübarizə aparıb: Əfran, Qoqa, Murad v Pupo. Ön xətdə isə Kənan-Rauf dueti qol vurmağa çalışıb.
Oyuna hücumlarla başlayan komandamız çox keçmədən hesabı açıb. Kənan Kərimov 15-ci dəqiqədə komandamızın ilk qolunu vurub. Hücumlarını davam etdirən komandamız çox keçmədən 2-ci dəfə rəqibi topu tordan çıxarmağa məcbur edib. Bu dəfə Qoqa Beraya fərqlənib.
İlk yarı bu hesabla başa çatdıqdan sonra ikinci hissənin əvvəlilndə baş məşqçimiz Rasim Kara heyəti təmamilə dəyişib. Bu arada “Neftçi-2” bir dəfə qola sevinsədə ikinci hissədə meydana çıxan Vaqif Cavadov başla hesab arasındakı fərqi yenidən ikiyə çatdırıb.