`Qarabağ` 4 ildi `Turan`a məğlub olmur

single-news
29 Sen 2010

`Qarabağ` 4 ildi `Turan`a məğlub olmur



Həftəsonu `Qarabağ`ımız `Turan`ın qonağı olacaq. Bütün çempionatların iştirakçısı olan 3 komandadan olan tərəflərin görüşü daim maraqla qarşılanıb. Amma komandamız son illərdə Tovuz təmsilçisi ilə bir qayda ilə uğurlu oynayır. Ümumiyətlə komandamız 4 ildir ki, qərb təmsilçisinə uduzmur. Sonuncu dəfə komandamız 2006-cı ilin dekabrında `Turan`a məğlub olub. İlk yarının son turunda komandamızın 3:1-lik məğlubiyyəti o zamanın `Qarabağ`ın baş məşqçisi Böyükağa Ağayev üçün sonuncu olmuşdu.

Son 2 mövsüm də isə komandamız rəqibinə xal veməyib.Ötən futbol ili isə komandamızın əzmkar qələbələri ilə yadda qalmışdı. Komandamız hər 2 oyunda hesabda geriyə düşsə də, 2:1-lik qələbələrlə yadda qalmışdı.

 

Paylaş

// pop up