"QARABAĞ" 4 LEGİONERİ ÖZ SIRALARINA DƏVƏT EDİB(ÜÇ NÖQTƏ, 17 FEVRAL,2005)

single-news
17 Fev 2005

"QARABAĞ" 4 LEGİONERİ ÖZ SIRALARINA DƏVƏT EDİB(ÜÇ NÖQTƏ, 17 FEVRAL,2005)



Çempionluğa əsas namizədlərdən biri olan Ağdamın "Qarabağ" komandası 4 ukraynalı futbolçu ilə rəsmi müqaviləyə imza atıb. "Bakı" komandası ilə görüşün hazırlıqlarını davam etdirən ağdamlılar hələ Antaliyada təlim-məşq toplantısında olarkən sözügedən futbolçuları baxışa dəvət etmişdi. Müqaviləyə əsasən, artıq yeni legionerlər növbəti turda meydana çıxa bilərlər. Yeni transferlərin ikisi müdafiəçi, ikisi isə yarımmüdafiəçidir. Ukraynalılardan ən təcrübəlisi 33 yaşlı Vladimir Boqaçdır. O, Slovakiyada və Ukraynanın bir neçə komandasında çıxış edib. Yarımmüdafiəçi Denis Sokolovski isə əsasən Ukraynanın yüksək liqa komandalarında çıxış edib. Bundan başqa o, Yunanıstanın nüfuzlu "Ponionis" klubunun da şərəfini qorumağa macal tapıb. Müdafiəçi Andrey Kolinenko isə Ukraynanın bir neçə komandasının şərəfini qoruyub. 22 yaşlı Artyom Şubin isə ölkəsinin "Metallurq", "Krivbass" və "Vorskla" klubları ilə yanaşı Yunanıstanın "Efnikos" klubunda çıxış edib.

Paylaş