`Qarabağ` `4`lədi, Fərhad dayandı

single-news
4 Noy 2013

`Qarabağ` `4`lədi, Fərhad dayandı



`Qarabağ`ımız premyerliqanın XII turunda `Qəbələ`ni qəbul etdi. Çempionatm lideri olan komandamızı cari mövsüm qızıl medallar uğrunda mübarizə aparan və hazırda 3-cü sırada qərarlaşan Syominin komandasına qarşı gərgin mücadilə gözləyirdi.

Son 3 oyunda rəqiblərinə bir qayda olaraq 3:0 hesabıyla qalib gələn komandamızda oyunöncəsi tək itki zədəli Qara Qarayev idi. Əvəzində son oyunu cəza səbəbindən buraxan Maksim Medvedev yenidən sağ cinahda yeri almışdı. Bədavini əvəzləyən Maksimlə yanaşı, Gelaşvili də ötən oyunla müqayisədə hücumun sivri ucunda qərarlaşmış Kapolongonu əvəzləmişdi. Tam 1 ay sonra `Qarabağ`ımız Respublika stadionunda növbəti oyununa çıxdı.

Oyun elə `Qarabağ`ımızın üstünlüyü ilə başladı. Topu özündə saxlayaraq ardıcıl həmlələr edən `Qarabağ`ımız qolu özünü çox gözlətmədi. Öncə Reynaldonun uzaqdan zərbəsi dirəkdən döndü. Amma Hacının növbəti uzaqdan zərbəsi sonrası qapıçıdan dönən topa hərkəsdən daha öncə çatan Gelaşvili topu tora göndərdi. Qoldan sonra topa nəzarəti özündə saxlayan komandamız 37-ci dəqiqədə daha bir qola sevindi. Niko bu dəfə ötürmə verdi və Vüqar ilk dövrədəki oyunda olduğu kimi bu dəfə də qola sevindi.

Ilk yarıdakı 2:0-lıq hesaba sığınmayan komandamız dərhal 3-cü qolu vurdu. Bu dəfə Vüqar Nikoya borcunu qaytardı və gürcü forvard həm dublunu, həm də çempionatdakı 5-ci qolunu vuraraq bombardirlik üçün iddiasını ortaya qoydu. Bununla da son oyunlardakı 3 qolluq limiti dolduran komandamız bununla kifayətlənmədi və 65-ci dəqiqədə Jumbinyo cərimə zərbəsini mükəmməl yerinə yetirdi. Bununla da braziliyalı pleymeyker 10 turdan sonra fərqlənərək qollarının sayını 4-ə çatdırdı.

Hesabın 4:0 olmasından sonra hər kəs oyunun başa çatdığı düşündüyü halda `Qəbələ` son 5 dəqiqə qalmış 3 qol vuraraq matça intiriqa gətirdi. Son 5 dəqiqə isə əsl triller şəkilində keçdi. Hər kəsin nəfəsini tutaraq əsl futbol həyəcanı yaşadı. Amma həmin güm `Qarabağ`ın günü idi.

Beləliklə, 4:3-lük qələbə `Qarabağ`ımızı 1 günlük aradan sonra yenidən liderliyə qaytardı. Bu oyundakı 3 xalla ardıcıl 4-cü qələbəsini qazanan komandamız 5 oyundan sonra qol buraxdı. Belə də Fərhad Vəliyev 70-ci dəqiqədə qapısında qol görərək `quru` seriyasını 590 dəqiqədə saxladı.

`Qarabağ`ımızda Nikolas Gelaşvili 5-ci, Jumbinyo 4-cü, Vüqar 3-cü qolunu vurdu. `Qarabağ`ımız çempionatda 24-cü qolunu vuraraq premyerliqanın ən məhsuldar komandası adını qorudu.

`Qarabağ`ımızın növbəti rəqibi AZAL-dır.

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

http://qarabagh.com/1987/?name=photoview&phid=499&lang=1

 

Paylaş

// pop up