`Qarabağ` 6-1`SG Sonnenhof Großaspach` - Fotolar

single-news
8 İyl 2014

`Qarabağ` 6-1`SG Sonnenhof Großaspach` - Fotolar



Bildiyiniz kimi Avstriyada məşqlərə davam edən komandamız bu gün daha bir yoxlama matçına çıxacaq.Bu dəfə rəqib Almaniya təmsilçisi olacaq. Komandamız `SG Sonnenhof Großaspach (Qrossaşpax)` ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Qarşılaşma saytımız və Facebook səhifəmiz vasitəsi ilə canlı şərh olunacaq. (www.fb.com/FKQarabagh)

 

 I hissə

1` Yağmurlu hava şəraitində oyun başladı,uğurlar `Qarabağ`!

3` QoooooooL ! Reynaldonun ideal ötürməsindən sonra Leroy Corc hesabı açdı.

14` QoooooooL ! İlk qolun ötürməsini verən Reynaldo bu dəfə özü fərqləndi.`Qarabağ` 2-0 `SG Sonnenhof Großaspach`

17` QoooooooL ! `Qarabağ`ımız meydanda şou göstərir,Danilo Dias komandamızın 3-cü qolunu vurdu.

20` Rəqib təzyiqi artırsada komandamız müdafiədə inamlı çıxış edir.

28` `SG Sonnenhof Großaspach` qapımız qarşısında ilk qolunu axtarır amma müdafiə xəttimiz səhvsiz oynayır.

32` Reynaldonun təhlükəli zərbəsi qapının üzərindən keçdi.

38` Rəqib cərimə zərbəsindən qapımıza doğru təhlükəli zərbə endirsədə İbrahim Sehiç inamlı çıxışla zərbənin qarşısını aldı.

40` Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi.

45` İlk hissə başa çatdı.İlk hissədən sonra `Qarabağ` 3-0 hesabı ilə öndədir.

II hissə

46` İkinci hissə başladı,uğurlar `Qarabağ` !

48` Rəqib küncdən zərbə ilə topu cərimə meydançamıza tərəf göndərsədə müdafiəçilərimiz topu uzaqlaşdıra bildi.

58` Qarşılıqlı hücumlar şəraitində oyun davam edir amma hələki hesabda dəyişiklik yoxdur.

59` QooooooL ! Leroy Corc rəqibin cərimə meydançasına asanlıqla daxil olaraq özünün 2-ci komandasının isə 4-cü qolunu vurdu.

63` Jumbinyonun cərimə zərbəsi qapıdan aralı keçdi.

66` QooooooL ! Reynaldo əla keçidi ilə cərimə meydançasına daxil oldu və özünün 2-ci komandasının 5-ci qolunu vurdu.

72` Komandamızın heyətində dəyişiklik oldu.Bədavi,Qara və Jumbinyonun əvəzinə meydana Muarem,Hacı və Vüqar Nadirov daxil oldu.

75` Rəqib küncdən zərbə ilə topu cərimə meydançamıza tərəf göndərsədə müdafiəçilərimiz topu uzaqlaşdıra bildi.

77` QooooooL ! Reynaldo het-trik edərək komandamızın 6-cı qolunu vurdu.

78` Maksim Medvedevin əvəzinə meydana İlqar Qurbanov daxil oldu.

82` Müdafiədə kobud səhvə yol versəkdə rəqib hücumçunun zərbəsi qapıdan aralı keçdi.

86` Rəqib təsəlli qolunu vura bildi.`Qarabağ` 6-1 `SG Sonnenhof Großaspach`

90` Oyun başa çatdı.`Qarabağ`ımız bu gün rəqib qapısından 6 top keçirərək növbəti yoxlama matçında qələbə qazandı.

 

Görüşdən fotolar FOTOQALEREYA bölümündə..

 1) bit.ly/1oEXjju

 2) on.fb.me/1md37B8

Paylaş

// pop up