"Qarabağ" 6 cavabsız qolla yarımfinalda
11 Fev 2022
"Qarabağ" 6 cavabsız qolla yarımfinalda
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" səfərdə "Keşlə" ilə qarşılaşıb.
Görüş komandamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qollarımızı Patrik Andrade, İbrahima Vadji (2), Ramil Şeydayev (2) və Musa Qurbanlı vurublar. İki oyunun nəticəsinə əsasən, komandamız 7:0 hesablı üstünlüklə yarımfinala adlayıb.
