`Qarabağ` 6 futbolçuyla yolları ayırdı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4595.jpg)
1 İyn 2011
`Qarabağ` 6 futbolçuyla yolları ayırdı
`Qarabağ` Futbol Klubu mövsüm başa çatar-çatmaz komandayla bağlı dəyişikliklərə başlayıb. Artıq komandamızda bir sıra futbolçularla yeni müqavilə bağlanıb. Eyni zamanda komandamızdan rəsmən ayrılan futbolçuların kimliyinə aydınlıq gəlib. Komandada nəsildəyişmə prosesinə start verilərək 6 futbolçuyla yollarını ayırıb. Belə ki, `Qarabağ` FK-yla müqaviləsi başa çatan Sahil Kərimov, Rəşad Kərimov, Avtandil Hacıyev, Ayxan Abbasov və Devran Ayhanla müqavilələr yenilənməyib. Eyni zamanda `Qarabağ` FK-yla 1 illik müqaviləsi olan Samir Abasov transferə çıxarılıb. `Qarabağ` FK-da başqa ayrılıqlar də istisna edilmir.
`Qarabağ` FK yuxarıda adı keçən futbolçuların hər birinə `Qarabağ`da verdiyi əməyə görə öz təşəkkürünü bildirir və gələcək karyeralarında uğurlar arzulayır.
`Qarabağ` FK yuxarıda adı keçən futbolçuların hər birinə `Qarabağ`da verdiyi əməyə görə öz təşəkkürünü bildirir və gələcək karyeralarında uğurlar arzulayır.