"Qarabağ" - "Aberdin": hakim təyinatları
16 Avq 2021
"Qarabağ" - "Aberdin": hakim təyinatları
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Aberdin" (Şotlandiya) matçını Sloveniyadan olan hakimlər idarə edəcək.
Rade Obrenoviç matçın baş hakimi olacaq. Yure Praprotnik və Aleksandar Kasapoviç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.
"Qarabağ" - "Aberdin" oyunu avqustun 19-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
