“Qarabağ” Adama Diakabi ilə yollarını ayırdı

single-news
3 İyn 2024

“Qarabağ” Adama Diakabi ilə yollarını ayırdı



“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb. 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.


2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

 

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.


"Qarabağ" Futbol Klubu Diakabiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.

Paylaş